Sosial
Bakıda “Məsti Xumar”ı oynayan müəllim DANIŞDI: "Heç ağlıma gəlməzdi ki..." - VİDEO
Bakıda məktəbdə "Məsti Xumar" mahnısını oynayan müəllim yayılan görüntüsündən danışıb.
İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli sözügedən görüntünün ona aid olduğunu unikal.org-a bildirib:
"Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm. Bu videogörüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.
Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.
Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?
Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.
Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verib.
Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.
Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı.
20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı ali təhsil müəssisələrində oxuyublar.
Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Bu gün həmçinin dərs dediyim şagirdlərimdən ən yüksək vəzifələrdə çalışanları da qeyd etmək istəyirəm".
Gülsüm Biləndərli hesab edir ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: "Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə təhsil vermək gücündəyəm".
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO