Sosial
DGK-da vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq
Koronavirus infeksiyasının (COVID-19) ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyənləşdirilmiş sosial izolyasiya tədbirlərinə uyğun olaraq, 17 mart 2020-ci il tarixdən Dövlət Gömrük Komitəsində (DGK) vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub.
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a bildirilib ki, qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan Komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək.
Vətəndaşlar müraciətlərini yazılı şəkildə [email protected] elektron ünvanına göndərə və ya Komitənin rəsmi internet saytında fəaliyyət göstərən Komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər.
Şifahi müraciətlərin, Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli “Çağrı Mərkəzi” ilə əlaqə yaradılması xahiş olunur.
Gömrük prosedurları ilə bağlı Komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla “Qaynar xətt” vasitəsilə müraciət edə bilərlər.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək