Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır
Bizi izləyin

Sosial

Bakıda gündə iki dəfədən az olmayaraq dezinfeksiya işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxt üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm