Bibiheybətdə təmir olunan küçələr dezinfeksiya edildi
Bizi izləyin

Sosial

Bibiheybətdə təmir olunan küçələr dezinfeksiya edildi

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bibiheybət qəsəbəsində ümumilikdə 1843 nəfər sakinin yaşadığı, 50 000 kv.m. sahəni əhatə edən ərazidə yerləşən yenidən təmir və rekonstruksiya olunan küçə və dalanlarda, yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri həyata keçirilir.

İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunmuşlar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm