Karantin rejiminə əməl etmək həmrəyliyimizin göstəricisidir – Elza Seyidcahan
Bizi izləyin

Sosial

Karantin rejiminə əməl etmək həmrəyliyimizin göstəricisidir – Elza Seyidcahan

Birimiz evdə, birimiz çöldə olmalı deyilik. Karantin bütün bəşəriyyətin əməl etməli olduğu bir rejimdir.

Bunu Publika.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

E. Seyidcahan bildirib ki, nəzərdə tutulan bütün tədbirlər təkcə özümüz üçün yox, həm də gələcəyimiz üçün çox önəmlidir: “Ona görə də bu gün biz çox ciddi mübarizə aparırıq. Əsasən evdə oluram. Çölə çıxarkən “məsafə saxla” kimi çağırışlara riayət etməyə çalışıram. Karantin rejimində insan həyatı bir daha dərk edir. Evdə olmağıma baxmayaraq, yenə də öz sənətimlə və nəvəm də bağçaya getmədiyi üçün onunla məşğul oluram. Çalışıram ki, evdən bayıra çıxmayım. Yaşlı anam olduğu üçün ancaq onu görmək üçün evdən çıxıram. Çünki belə bir zamanda ən əsası uşaqları və yaşlıları diqqət məkəzində saxlamalıyıq. Demək istəyirəm ki, insanlar da təşvişə düşməsinlər, dezinfeksiyaedici ləvazimatlardan istifadə etsinlər”.

Əməkdar artist bildirib ki, ölkə başçısının çevik və uzaqgörən siyasəti nəticəsində lazımi qərar və tədbirlərlə təhlükənin qarşısı daha tez alındı: “Təhsil müəssisələrin tez bir zamanda qapadılması virusla mübarizədə xüsusi rol oynadı. Xüsusilə cənab Prezident və Birinci-vitse-prezident Mehriban Əliyeva illik məvaciblərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna yatırdılar. Daha sonra xeyirxah insanlar da onların təşəbbüsünə qoşuldu”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm