• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Seyid Camal Əzimbəyli çağırış etdi

  • Sosial
  • 29 Mart 2020 14:36
  • 557 Baxış
Seyid Camal Əzimbəyli çağırış etdi

“Bütün dünyanın bəlasına çevrilən koronavirus təhlükəsinə qarşı Azərbaycan xalqını dövlət tərəfindən həyata keçirilən operativ tədbirlərə tabe olmağa səsləyirəm”.

Bu çağırışı Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib. Onun sözlərinə görə, ölkə vətəndaşlarının Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın bütün təlimatlarını qeyd-şərtsiz yerinə yetirməsi həm hüquqi, həm də mənəvi baxımdan əməl etməsi üzərində bir vəzifədir: “Unutmamalıyıq ki, ölkəmizin, xalqımızın taleyüklü anlarında hər birimiz daha çox məsuliyyətli olmalıyıq. İslamın da buyurduğu kimi insanlar bir-birindən məsuldur, ona görə də hər birimizin təhlükəsizliyi üçün tətbiq edilən qaydalara əməl etməliyik. Xüsusilə, yaşı 65-dən yuxarı olan ağsaqqallar, ağbirçəklər təhlükədən uzaq olmaq, sağlamlıqlarını qorumaq üçün evdən çölə çıxmamalıdır. Bu gün Prezident İlham Əliyev başda olmaqla dövlət qurumlarının hər biri yaşca kiçikdən böyüyədək hər birimizin təhlükəsizliyi, sağlamlığının qorunması üçün bütün addımları atır. Sadəcə olaraq, bəyan edildiyi kimi, hər birimiz evdə olmalı və bütövlükdə Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik”.

C.Əzimbəyli indiki çətin dövrdə əlindən gələni əsirgəməyən, gecə-gündüz xəstələrin sağlamlığına qovuşması üçün çalışan səhiyyə işçilərinə də təşəkkür edib: “Bu çətin anda əziyyəti olan həkimlər və bütövlükdə tibb işçiləri haqq sahibləridirlər. Əminik ki, onların çəkdiyi bu əziyyət əbəs deyil. Eyni zamanda bu günlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının asayişin qorunmasında rolu danılmazdır və onlar da dövlət tərəfindən üzərilərinə qoyulan məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər. Əlbəttə ki, görülən işlərin həm də mənəvi tərəfi var. Çünki dünyanın heç bir tərəfindən olmayacaq qədər Azərbaycanda həyata keçirilən operativ tədbirlərə əngəl olan bütün vətəndaşlar həm hüquqi, həm də Allah qatında bir məsuliyyət daşıyırlar. Ona görə də onlar bunu unutmamalıdırlar. Hər gün bəyan edildiyi kimi, evdə qalaq, sağlam olaq! Uca Allah bütün bəşəriyyəti bu virus bəlasından hifz etsin!”

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR