Apteklərdə maska çatışmazlığı Milli Məclisdə müzakirə olundu
Bizi izləyin

Sosial

Apteklərdə maska çatışmazlığı Milli Məclisdə müzakirə olundu

“Tibbi maskalar çatışmır. İnsanlar şikayət edirlər ki, apteklərdə tibbi maska tapılmır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, aidiyyəti qurumlar üzərinə düşəni yerinə yetirməlidir: “Vəziyyət belədir ki, hər bir aptekə gün ərzində 50-100 maska verilir. Bu da təlabatı ödəmir. Dövlət bu məsələ ilə bağlı lazımı addımları atıb, hesab edirəm ki, aidiyyəti qurumlar da bu məsələdə üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm