• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Vətəndaşlar bunu edərsə, 2 həftə sonra karantin LƏĞV EDİLƏ BİLƏR - RƏSMİ

  • Sosial
  • 2 Aprel 2020 13:05
  • 8 094 Baxış
Vətəndaşlar bunu edərsə, 2 həftə sonra karantin LƏĞV EDİLƏ BİLƏR - RƏSMİ

"35 min testin aparılması insan sayı demək deyil. Daha əvvəl hər karantində qalan şəxs 2 dəfə test edilirdi".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: "Epidemiyanın respublikada yayılmasının statistikası ilə bağlı bizim qurumda işçi qrupu var. Hazırda epidemiyanın nə qədər müddətdə başa çatması üzərində müzakirələr davam edir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hər kəs qaydalara riayət edərsə, iki həftə müddətində karantin rejimi aradan qaldırıla bilər: "Amma son 3 gün ərzində ölkədə xüsusi karantin qəbul olunandan sonra olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir. Buna görə də vəziyyət yaxşılığa doğru dəyişmir. Nə qədər ki, insanlar əmək etməyəcək, bu müddət dəqiq bilinməyəcək".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR