Azərbaycanla bağlı nikbin sorğu
Bizi izləyin

Sosial

Azərbaycanla bağlı nikbin sorğu

2020-ci ilin mart ayında "The Gallup International Association" tərəfindən 28 ölkədə vətəndaşların koronavirus və ona qarşı hökümətin gördüyü tədbirlər barədə fikirləri, eləcə də, vətəndaşların özlərinin şəxsi müdafiələri üçün həyata keçirdiyi tədbirlərin öyrənilməsinə dair rəy sorğusu keçirilib.

Publika.az xəbər verir ki, sorğu telefon, üzbəüz və onlayn sformada həyata keçirilib. Sorğu Azərbaycanda 200 nəfəri əhatə edib. Nəzərə çatdıraq ki, sorğunun nəticələri ölkə əhalisinin ümumi rəyini dəqiq ifadə etmir.

Tezliklə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu məsələ ilə bağlı aparılmış sorğunun da nəticələri ictimaiyyətə açıqlanacaq. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış sorğu daha böyük seçmə üzrə aparılır və əhatə dairəsi daha geniş olduğundan, metodoloji cəhətdən daha etibarlı və reprezentativ qəbul edilir.

Nəticələrə nəzər yetirdikdə, Azərbaycandakı respondentlərin 77%-nin hökumətin koronavirusa qarşı gördüyü tədbirləri dəstəklədiyini müşahidə edə bilərik (11% tam və 66% əsasən razı). Lakin respondentlərin daha çox hissəsi həm karantin qaydalarına, həm də şəxsi müdafiə prinsiplərinə bir o qədər də əməl etmir. Ümumiyyətlə, 87% respondent bu və ya digər formada profilaktik tədbir görür.

Əsas profilaktik tədbir kimi - 63% əllərini daha çox yuyur, 54% əl təmizliyən dezinkefsiya sabunlarından istifadə edir və 27% maska taxır. Cəmi 11% respondent əlcək taxır. Narahatedici məqamlardan biri də bundan ibarətdir ki, 63% respondentin evdə keçirdiyi vaxt azalmayıb və 87% respondent özünü karantin etmir. 52% virusa yoluxmaqdan qorxsa da, 83% hesab edir ki, virusun ən pis və ağır dövrü geridə qalıb, artıq vəziyyət müsbətə doğru getməyə başlayacaq.

Sorğuda respondentlərə koronavirusun yayılması və gedişatı ilə bağlı suallar da verilib. 60% bildirib ki, onlar virusun qarşısının alınması tədbirləri çərçivəsində öz azadlıq və haqlarını ''qurban'' verməyə razıdır. Təxminən 30% düşünür ki, virusu xarici qüvvələr müəyyən məqsədlər naminə yayıb, 45% isə bu sualı cavabsız qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm