Sosial
Hərarəti olan məhkumlar karantinə götürülüb
Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb.
Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib: "Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib".
Ə.Nuriyev qeyd edib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb: "Ərzaqın keyfiyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar-gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaq gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır". (trend)
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü