Sosial
Ödənişlər haqda: Müraciətin 60 faizi bu kateqoriyadandır, işə mane olurlar... - Nazir
İşsizlərə yardım göstərilməsində məqsəd kənarda qalan insanlara, ailələrə dəstək verməkdir. Əgər ailənin bir üzvü əmək müqaviləsi üzrə işləyirsə və öz əmək haqqını alıbsa, onda həmin ailəyə təkrar ikinci dəstəyin verilməsi düzgün deyil. Çünki biz resurslarımızdan səmərəli və ağıllı şəkildə istifadə etməliyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, adında da qeyd olunduğu kimi ödəniş işsiz şəxslər üçün nəzərdə tutulub: "Məşğulluq haqda qanuna əsasən işsiz şəxs qazancı, gəliri, işi olmayan əmək qabiliyyətli şəxsdir. Yəni əmək müqaviləsi ilə çalışan şəxslər, sahibkarlıq fəaliyyəi ilə məşğul olanlar, tələbələr, pay torpaq sahibləri və bu kimi şəxslər işsiz kateqoriyasına daxil olmur. Onların gəlir mənbələri var və bu kimi şəxslərin müraciət etməsi sadəcə işi gecikdirir və ləngidir.
Bizim apardığımız analizlər göstərir ki, müraciətlərin 60 faizi bu katerqoyiyadan olan insanlardır. Bu isə haqqı çatan insanlara əziyyət verir, onların müraciət imkanlarını məhdudlaşdırır.
Kimsə düşünməsin ki, qoy qeydiyyatdan keçim, bəlkə alındı. Həm özlərinin, həm dövlət qurumlarının, həm də müraciətlərin kütləviliyə görə müraciət edə bilməyənlərin haqqına girirlər".
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ