• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Koronavirusa görə maaş almayanlara ŞAD XƏBƏR - VİDEO

  • Sosial
  • 10 Aprel 2020 09:45
  • 6 754 Baxış
Koronavirusa görə maaş almayanlara ŞAD XƏBƏR

300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Bunu REAL-a İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Mikro və fərdi sahibkarlara gəldikdə isə 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.

Qeyd edək ki, matın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR