Talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildi
Bizi izləyin

Sosial

Talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildi

Koronavirus (COVİD-19) pandemiyasının dünyada sürətlə yayılması cəmiyyət həyatının əksər sahələrində müəyyən problemləri ortaya çıxarır. Yaranmış problemlərin daha da dərinləşməməsi və aradan qaldırılması istiqamətində müvafiq layihələr həyata keçirilir. Bu sahədə ölkəmizdə də müxtəlif sosial aksiyalar gerçəkləşdirilir.

Nazirlər Kabineti tərəfindən ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və sosial izolyasiya günlərində bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədilə aprelin 15-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Gənclər və İdman naziri Azad Rəhimov və Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV 1 kabel televiziyasının, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) nümayəndələri qatılıb.

Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada ümumilikdə 150 nəfərdən çox insan iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm