Azərbaycanda karantin rejimi uzadılacaq? - İŞ APARILIR - RƏSMİ
Bizi izləyin

Sosial

Azərbaycanda karantin rejimi uzadılacaq? - İŞ APARILIR - RƏSMİ

Karantin rejiminin uzadılması istiqamətində hazırlıq aparılır.

Publika.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu qərar ölkədəki vəziyyətlə əlaqədar veriləcək: "Koronavirusun geniş yayıldığı digər ölkələrdə də karantin rejiminin uzadılması barədə hazırlıqlar görülür. Xüsusi karantin rejimi avtomatik xarakter daşımır. Ölkədə sanitar-epidemioloji vəziyyət, həmçinin dünyadakı proseslər nəzərə alınaraq karantin rejiminin başa çatması və ya uzadılması ilə bağlı qərar veriləcək.

Azərbaycanda vəziyyətin yaxşı olması bütün dünyada yaxşı olması demək deyil. Buna görə də karantin rejimi barədə qərar dünyada gedən proseslər işığında veriləcək. Bununla bağlı qiymətləndirmələr aparılır. Bir daha vətəndaşlarımıza müraciət edir, evdə qalmalarını tövsiyə edir və həkimlərimizin işinin yüngülləşdirilməsini xahiş edirik. Vətəndaşlarımıza nümayiş etdirdikləri təmkinə görə təşəkkür edirik. Biz yalnız virusa qarşı peyvəndləmə işi aparılandan sonra əvvəlki həyatımıza qayıda biləcəyik. O vaxta qədər səbrlə gözləmək lazımdır".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm