Aydın Mirzəzadə: “İndiyə qədər bələdiyyələr nə məktəb, nə də xəstəxana inşa etdirib"
Bizi izləyin

Sosial

Aydın Mirzəzadə: “İndiyə qədər bələdiyyələr nə məktəb, nə də xəstəxana inşa etdirib"

Azərbaycana haqsız yerə irad bildirən beynəlxalq təşkilatlar nədənsə əhalimizin 12 faizinin haqsız durumda qalmasına münasibət bildirmir. Əhalimizin 12 faizi 26 ildir ki, öz bələdiyyə orqanlarını yarada, seçə və seçilə bilmirlər.

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” danışan deputat Aydın Mirzazadə deyib.

O əlavə edib ki, 1999-cu ildən bu yana bələdiyyələr işləyir, təcrübə qazanır: “Çox şadam ki, deputat olduğum Mingəçevir bələdiyyəsi ilə bağlı məsələ hesabatda vurğulanıb”.

Deputat daha sonra təkliflərini açıqlayıb: “Təklif edirəm ki, bələdiyyələrlə bağlı marrifləndirmə işi geniş şəkildə aparılsın. Digər təklifim bələdiyyə könüllüləri hərəkatının yaradılması ilə bağlıdır. Bütün sahələrdə olduğu kimi bələdiyyə könüllüləri hərəkatı da yaradılmalıdır. Qanunla bələdiyyələrin məktəb, xəstəxana, iş yeri yaratmaq səlahiyyəti var. Bildiyimə görə, indiyə qədər bələdiyyələr xəstəxana və ya məktəb yarada bilməyib. Bununla bağlı banklar, aşağı faizlə kredit verə, dövlət dəstək göstərə bilər. Sonuncu təklifim isə bələdiyyə medalının yaradılması ilə bağlıdır. Bunu dövlət, eləcədə Ədliyyə Nazirliyi yarada bilər. Yeni medal bələdiyyələrdə fərqləndiyinə görə, bələdiyyə sistemində xidməti olan şəxslərə verilə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm