"Modern ailə və inkişaf" İctimai Birliyi sosial aksiyaya qoşuldu - FOTO
Bizi izləyin

Sosial

"Modern ailə və inkişaf" İctimai Birliyi sosial aksiyaya qoşuldu - FOTO

Məlum olduğu kimi dünyanı sarsıdan koronavirus təhlükəsi, onun yaratdığı fəsadlar ölkəmizdən də yan keçməyib. Ölkə Prezidentinin iradəsi ilə xalqımızın xəstəlikdən mühafizə olunması və bu mənşəyi, dərmanı bilinməyən xəstəlikdən minimum zərərlə çıxmaq üçün kompleks tədbirlər həyata keçirilir. Dövlət siyasətinə uyğun olaraq ölkə miqyasında tətbiq olunan karantin rejimində aztəminatlı ailələrə diqqət prioritetdir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq vətəndaş cəmiyyətinin nümayəndələri yerlərdə ehtiyaclı ailələrlə görüşüb onlara həm maddi, həm də ərzaq yardımı edir. Eyni zamanda mövcud vəziyyətlə bağlı maarifləndirmə işləri aparırlar.

Publika.az xəbər verir ki, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva da bu təbliğatın önündə gedən QHT rəhbərlərindəndir. İnsanların sosial şəbəkələrdəki müraciətlərinə biganə qalmayan Zərifə Quliyeva bu günlərdə Binəqədi, Yasamal rayonları, həmçinin Biləcəri və Binə qəsəbələrində yaşayan onlarla aztəminatlı ailələrlə görüşüb, Prezidentimiz cənab İlham Əliyevin və onun yerlərdəki nümayəndələrinin, Yasamal RİH başçısının qayğısını, onların hər zaman vətəndaşlarımızın yanında olduğunu çatdırıb.

Yasamal rayonu ərazisində yardım çatdırılan ünvanlar:

1. Yasamal rayonu, Günəş petrolun yaxınlığında kirayədə qalan 4 nəfərdən ibarət olan ailəyə

2. Yasamal rayonu, Şərifzadə küç. 134, blok 2, mənzil 20-də yaşayan 4 nəfərdən ibarət olan ailəyə

3. Yasamal rayonu, Salatın Əsgərova küç. Dalan 1, ev 1-də yaşayan Sevda İbrahimovaya

4. Yasamal rayonu, Mirəli Seyidov küç. Ev 53, mənzil 81-də yaşayan Afaq Hüseynliyə

5. Yasamal rayonu, Çörək zavodunun yaxınlığında 14 saylı yataqxananın 4 -cü mərtəbəsində məskunlaşan 4 nəfər üzvü olan ailəyə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm