Sosial
Azərbaycanda 290 min işsizə birdəfəlik ödəniş edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 min işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxsin birdəfəlik ödəmə (190 manat) ilə təmin olunması üçün müvafiq vəsaiti aidiyyəti üzrə köçürdü.
Publika.az xəbər verir ki, həmin kateqoriyalardan olan şəxslərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manatdır.
İlkin mərhələdə 200 min şəxsə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb,600 min şəxsəaprel və may ayları üçün birdəfəlik ödəniş ediləcək.
Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəlləri yekunlaşdırılması təmin olunacaq.
Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir. O bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.
Birdəfəlik ödəmələrin verilməsi prosesi hər gün davam edir.
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO