Sosial
Jurnalistlər qan verdi - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər Hemotologiya və Qanköçürmə Elmi-tədqiqat İnstitutunda qan veriblər.
Şuradan Publika.az-a verilən məlumata görə, beləliklə media təmsilçiləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasında həyata keçirilən qanvermə aksiyasına dəstəklərini ifadə ediblər.
Jurnalistlər öncə Hemotologiya və Qanköçürmə Elmi-tədqiqat İnstitutunda vətəndaşların qan vermələri üçün yaradılmış şəraitlə tanış olublar. Onlara ehtiyat qan bazası haqqında məlumat verilib, mövcud istiqamətdəki statistik rəqəmlər açıqlanıb. Müvafiq müayinədən keçdikdən sonra media təmsilçilərinin donor olma imkanları öyrənilib.
Qeyd edilib ki, ölkəmizdə müxtəlif qan xəstəliklərindən əziyyət çəkən çoxsaylı vətəndaşlarımız, əsasən də uşaqlar var. Koronavirus təhlükəsinin qaldığı hazırkı şəraitdə qan tədarükünün sabit saxlanmasına ciddi ehtiyac duyulur. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü olduqca aktualdır, nəciblik və humanizm nümunəsidir.
-
Kriminal23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO













.jpg)


.jpg)

.jpg)



















