Sosial
Azərbaycan və İran gömrükçüləri arasında müzakirələr aparıldı - FOTO
Aprelin 27-də Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov rəhbərlik edib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, virtual görüşdə iki ölkə arasındakı gömrük-keçid buraxılış məntəqələrində yükdaşımaların koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilən rejimə uyğunlaşdırılması, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin tənzimlənməsi, eləcə də bir sıra məsələlər müzakirə edilib.
Eyni zamanda, görüşdə Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən Azərbaycan-İran birgə müəssisəsi “AzKron” MMC-nin fəaliyyətinin davamlılığının təmin edilməsi məqsədilə şirkətin ünvanına gələn malların daşınması zamanı yaranan texniki məsələlər müzakirə olunub və təkliflər səsləndirilib.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO