DTX-nin Biləsuvarda keçirdiyi əməliyyatla bağlı nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Sosial

DTX-nin Biləsuvarda keçirdiyi əməliyyatla bağlı nazirlikdən AÇIQLAMA

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil".

Publika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovbildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qafqazinfo.az saytı DTX-nın Biləsuvarda əməliyyat keçirdiyini və Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də daxil olmaqla bir sıra şəxsləri həbs etdiyini yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm