Sosial
Bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
E-sistemdə aktiv əmək müqaviləsi bildirişi olan 320 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.
Qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.
Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.
Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Daha 100 min şəxsə də bu ödəmə veriləcək.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL