Bu gündən dövlət qurumlarında çalışanların fəaliyyəti bərpa edildi
Bizi izləyin

Sosial

Bu gündən dövlət qurumlarında çalışanların fəaliyyəti bərpa edildi

Azərbaycanda dövlət qurumlarının işçilərinin fəaliyyəti bu gündən bərpa olunub.

Publika.az xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa edilib (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir).

Yuxarıda qeyd olunan şəhərlər və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində isə dövlət qurumlarının işçilərinin fəaliyyəti tam sayda bərpa olunub.

"DOST" mərkəzləri də xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bu gündən bərpa edib.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az" portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm