Sosial Sığınacağın karantin bölməsinə 12 nəfər qəbul olunub
Bizi izləyin

Sosial

Sosial Sığınacağın karantin bölməsinə 12 nəfər qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan şəxslər üçün Sosial Sığınacağının karantin bölməsinə 12 nəfər qəbul olunub.

Bura qəbul olunan şəxslər 14 gün ərzində bölmədə xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər. Həmin müddətdə TƏBİB mütəxəssisləri tərəfindən mütəmadi tibbi müayinələrdən keçirilirlər. Həmçinin hər gün azı iki dəfə müvafiq cihazlarla temperaturları yoxlanılır.

Karantin dövründə koronavirusa yoluxma aşklar edilmədikdə onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa köçürülürlər.

Hazırda 34 nəfərin yaşadığı Sosial Sığınacaqda sakinlərin pandemiyadan qorunması üçün zəruri işlər görülür.

Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm