Ölkəyə gəlmək istəyən vətəndaşlara müraciət edildi
Bizi izləyin

Sosial

Ölkəyə gəlmək istəyən vətəndaşlara müraciət edildi

Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıdışı yalnız "Evə gedirəm" portalı vasitəsilə mümkündür. Portalda qeydiyyatdan keçmək lazımdır.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, Dağıstanda qalan azərbaycanlıların sərhəddə toplaşması, polislə aralarında mübahisə yaranması məsələsinə də münasibət bildirib:

“Orada olan vətəndaşlara xəbərdarlıq edilmişdi. Sərhəddə toplaşmaq lazım deyildi. Yalnız və yalnız “evəgedirəm” portalından qeydiyyatdan keçmək lazımdır”.

İ.Məmmədovun sözlərinə görə xaricdən gələnlər mütləq karantin müəssisələrinə yerləşdirilməlidir: "Bizim xaricdən gələnləri karantin zonalarında yerləşdirmək üçün imkanlarımız, texniki potensialımız həftədə 200-500 nəfər arasındadır. Tək Rusiya deyil, burada Ukrayna, Türkiyə, İran, Özbəkistan, Avropanın müxtəlif ölkələrindən vətəndaşlarımız yerləşdirilir. Vətəndaşlardan xahiş olunur ki, portalda qeydiyyatdan keçdikdən sonra, mütləq şəkildə növbəni gözləsinlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm