Pandemiya dövründə 140 əkiz, 6 üçəm doğulub - RƏSMİ
Bizi izləyin

Sosial

Pandemiya dövründə 140 əkiz, 6 üçəm doğulub - RƏSMİ

Pandemiya dövründə ölkədə 23 min 400-dən çox vətəndaş vəziyyəti aktları rəsmiləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirliyin qeydiyyat orqanları tərəfindən bu günədək rəsmiləşdirilmiş aktların 2.478-i nikah, 12.566-sı isə doğumun qeydiyyatı ilə bağlıdır.

Uşaqların 6.793 nəfəri oğlan, 5.773-ü qız, 140-ı əkiz, 6-sı isə üçəm olub.

Qeyd edək ki, ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar nazirliyin qeydiyyat şöbələri xüsusi karantin rejiminə uyğun fəaliyyətini davam etdirib. Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq, onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmək, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmaq tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm