Zərifə Quliyeva: "İstərdim ki, bunu reklam üçün etməyək"
Bizi izləyin

Sosial

Zərifə Quliyeva: "İstərdim ki, bunu reklam üçün etməyək"

Dünyanı ağuşuna alan koronavirus pandemiyası dövründə "vətəndaş cəmiyyətinin yeri və rolu" mövzusunda YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, "Modern ailə və inkişaf " İctimai Birliyinin sədri, AQSİA İdarə Heyətinin üzvü Zərifə xanım Quliyeva ilə müsahibəni oxuculara təqdim edirik.

– Koronovirus pandemiyasının tüğyan etdiyi dönəmdə Azərbaycan dövlətinin yaranan problemlərin qarşısını almaq üçün həyata keçirdiyi kompleks tədbirləri bir ictimaiyyətçi kimi necə dəyərləndirirsiniz?

– İlk öncə qeyd etmək lazımdır ki, mövcud dönəmdə KİV nümayəndələri üzərinə düşən çox böyük məsuliyyətin öhdəsindən uğurla gəldi. Onlar koronavirus epidemiyası ilə bağlı vacib, dəqiq informasiyaları xalqa vaxtında çatdırmaqla yanaşı maarifləndirmə işlərində də fərqlilik göstərdilər. Buna görə də, sizin vasitənizlə hər bir media qurumuna bu məsul dönəmdə göstərdiyi səmərəli fəaliyyətə öz minnətdarlığımı bildirirəm. Mütləq vurğulamaq lazımdır ki, dövlətimiz koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmaması üçün çox vacib bir sıra qabaqlayıcı tədbirlər gördü. Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bu təhlükə bizim ölkəmizdə ciddi fəsadlara yol açmadı.

Prezidentimizin vaxtında imzaladığı hər bir sərancam öz müsbət təsirini və nəticəsini göstərdi. Ölkə başçısı bir illik məvacibini aztəminatlı ailələrə ayırdı, bundan başqa dövlət büdcəsindən bir milyard manat vəsait pandemiya ilə mübarizəyə xərcləndi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondundan ölkəmizin müxfəlif bölgələrində yaşayan aztəminatlı ailələrə yardımlar edildi. Cənab Prezidentimizin qəbul etdiyi qərarlar Avropa mediasında gündəmə çevrildi. Biz də vətəndaş cəmiyyəti olaraq cənab Prezidentin hər addımını, imzaladığı qərarları, həyata keçirdiyi uğurlu islahatları dəstəkləyirik.

Dünyanın təhlükəli bir epidemiya ilə apardığı savaşda Azərbaycan Prezidenti adekvat addımları, sərgilədiyi sıyasəti ilə hər kəsə örnək, nümunə oldu. Azərbaycan vətəndaşları bir nəfər kimi, eləcə də Vətəndaş cəmiyyətinin nümayəndələri fəal surətdə Prezidentin cağırışına qoşuldu. Biz də dövlətimizə dəstək olaraq yardım aksiyalarında yaxından iştirak edirik. Aztəminatlı, ehtiyaclı ailələrə müxtəlif yardım kompaniyaları ilə dəstək oluruq. Düşünürəm ki, Cənab Prezident xalqın yanındadırsa, hər birimiz vətəndaş olaraq öz işimizlə, fəaliyyətimizlə dövlətimizə və onun rəhbərinə dəstək verməyə borcluyuq.

– Belə qlobal problemin yaratdığı fəsadlarla mübarizədə dövlət-vətəndaş cəmiyyəti (QHT) vəhdətini necə qiymətləndirmək olar?

– Bu çətin dönəmdə biz gördük ki, insanlar bir-birinə necə dayaq dururlar. Bu, alqışlanası bir haldır. Eyni zamanda, vətəndaş cəmiyyətləri (QHT) öz fəallıqlarını göstərdilər.

Məlum olduğu kimi, ölkəmizdə çoxlu sayda QHT-lər fəaliyyət göstərir. Lakin mən onların hamısını bu hərəkatda görmədim. Çox istərdim ki, vətəndaş cəmiyyətinin bütün nümayəndələri belə məsul dönəmlərdə fəal olsunlar. Mövcud vəziyyətdə bütün vətəndaş cəmiyyətləri bir olmalı, eyni mövqedən çıxış etməli, dövlətin və dövlətçiliyin yanında olmalıdır. "Biz birlikdə güclüyük".

– Pandemiya hələ başa çatmayıb. Siz bir ictimaiyyətçi kimi bundan sonrakı mərhələ ilə bağlı nə düşünürsünüz, planlarınız nədən ibarətdir?

– Biz həmişə öz dövlətimizin yanındayıq. Bu gün Cənab Prezident hansı addımı atırsa, onu dəstəkləməyə borcluyuq. O dünyada baş verənləri diqqət mərkəzində saxlayır, təhlil edir və zamanında lazımlı qərarlar qəbul edir. Ümumiyyətlə, koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər çox yüksək səviyyədə təşkil olunub. Nəticələr belə deməyə əsas verir. Biz qoyulan tələblərə riayət etməliyik. Unutmayaq ki, ölkə başçımız ilk növbədə bizim sağlamlığımızı düşünür. O, məsuliyyəti öz üzərinə götürüb. Biz də xalq olaraq dövlətin irəli sürdüyü qərar və qaydaları birmənalı şəkildə dəstəkləməliyik.

– Dövlətin karantin dönəmində əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi siyasətini necə qiymətləndirirsiniz?

– Azərbaycan xalqı əsrlər boyu mübarizlik nümayiş etdirib. Bizim tarixə adını qızıl hərflərlə yazdırmış xeyriyyəçilərimiz olub. Ulu Öndər Heydər Əliyev azərbaycanlı olduğu ilə fəxr etdiyini deyirdi. Bu fəxarətin fundamental səbəbləri var. Biz xalq olaraq həmişə bir-birimizə dəstək olmuşuq. Ən çətin günləri birlikdə adlamışıq. Deyildiyi kim xalqımız çox dözümlü xalqdır. İndi də səbrli və dözümlü olmalıyıq. Cənab Prezident özü hər bir məsələni nəzarətdə saxlayır. Biz də dövlətə dəstək olmaq üçün üzərimizə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışmalı, yardıma ehtiyacı olan insanlara bacardığımız qədər yardım etməliyik. Amma istərdim ki, bunu reklam üçün etməyək. Nə ediriksə, Allah rizası üçün edək. İnsanların ruhunu alçaltmaq, könlünə toxunmaq olmaz. Ən böyük uğurumuz və qalibiyyətimiz isə cənab Prezidentimizlə bağlıdır.

Xoşbəxtik ki, həyata keçirdiyi siyasəti bütünlüklə xalqımızın, bizim rifahımıza həsr etmiş bir liderimiz var.

Millixeber.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm