Uzun müddət karantində yaşaya bilmərik, amma insanlar bunu etməsə... - TƏBİB-dən XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Uzun müddət karantində yaşaya bilmərik, amma insanlar bunu etməsə... - TƏBİB-dən XƏBƏRDARLIQ

Biz uzun müddət bur cür ciddi karantin rejimində yaşaya bilmərik. Amma sosial məsuliyyətimizi də hiss etməliyik. Son həftə ərzində 755 yoluxma faktı da bunu göstərir.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, karantinin yumşaldılması ilə bağlı tələblər gəlib: "Amma bu, ölkənin sanitar-epidemioloji vəziyyətdən asılı olacaq. Modul tipli xəstəxanalarımız açılmaqdadır. Kifayət qədər çarpayımız var. Maska və tibbi ləvazimatlarla bağlı qıtlığımız yoxdur. Amma cəmiyyətdə sosial məsuliyyət olmasa, yoluxma yenidən artacaq və vəziyyət ağırlaşacaq".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm