Gəliri 160 manatdan az olan şəxslərə ünvanlı sosial yardım verilsin - Deputat
Bizi izləyin

Sosial

Gəliri 160 manatdan az olan şəxslərə ünvanlı sosial yardım verilsin - Deputat

Azərbaycan parlamenti “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi məsələsini müzakirəyə çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə deputatlara Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

O bildirib ki, əhalinin rifah halının yüksəldilməsi, aztəminatlı insanlara sosial dəstəyin verilməsi ölkə Prezidentinin yürütdüyü əsas siyasətdir: “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun layihəsi də Prezident tərəfindən Milli Məclisin müzakirəsinə verilmişdi. Qanun layihəsi sosial yardım alanların əhatəsinin genişlənməsini, həmin şəxslərin məşğulluğa cəlb edilməsini nəzərdə tutur. Həmçinin sosial yardımı yalnız qeydiyyat yerindən almaqla bağlı məhdudiyyətin də aradan qaldırılmasını nəzərdə tutur. Bu da sosial yardımın daha əlçatan olmasına xidmət edəcək. Bununla yanaşı qanun layihəsi sosial yardım alma müddətinin 2 ildən 1 ilə endirilməsini nəzərdə tutur”.

Deputat Əli Məsimli isə təklif edib ki, gəliri 160 manatdan az olan şəxslərə ünvanlı sosial yardım verilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm