Qadağaları qüvvəyə mindirə bilərik - Ramin Bayramlı
Bizi izləyin

Sosial

Qadağaları qüvvəyə mindirə bilərik - Ramin Bayramlı

Vətəndaşlar bayram günlərində müəyyən olunmuş qaydalara riayət etsələr, biz daha müsbət nəticələr əldə edə bilərik.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Qapalı məkanlarda maskadan istifadə məcburidir. Açıq havada sıxlıq varsa, maskadan istifadə olunmalıdır. Bayram günlərində qonaq getməməli, şəxsi sağlamlığımızı qorumalıyıq. Nəzərə alaq ki, bəzi ölkələrdə karantin qaydalarında sərtləşdirmə var və biz bu təcrübəni yaşamaq istəmirik".

O əlavə edib ki, bayram günlərində hərəkətdə məhdudiyyətlər olmayacaq: "Lakin statistik göstəricilər dəyişərsə, biz qadağaları qüvvəyə mindirə bilərik. Bayram günlərində bir çox qonşu ölkələrdən fərqli olaraq küçəyə çıxmaq qadağasının qoyulmaması bayramı daha gözəl keçirməyimizə şərait yaradır. Bu günlərdə qohumlarımızı ziyarət etməməyi və kütləvi süfrələrdən qaçmağı tövsiyə edirik" .

Ramin Bayramlı əlavə edib ki, qaydalara riayət etməyən qurumlar inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar: "Vətəndaşlarımız üçün dünya təcrübəsinə uyğun olaraq "E-TƏBİB" mobil tətbiqi hazırlanıb. Bununla mövcud statistikanı əladə edə bilərlər. Biz bütün bu göstəricilərə ötən həftə görülən işlər nəticəsində nail olmuşuq. Bayram günlərində sərt qaydalar tətbiq etmədik, lakin vətəndaşlarımızdan qaydalara əməl etmələrini tələb edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm