Zəncirvari qəzada xəsarət alan uşağın taleyi ilə bağlı deputatdan KRİTİK AÇIQLAMA
Bizi izləyin

Sosial

Zəncirvari qəzada xəsarət alan uşağın taleyi ilə bağlı deputatdan KRİTİK AÇIQLAMA

"İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial media hesabında yazıb.

Deputat bildirib ki, dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng edib: "13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm