Sosial
Vüqar Bayramov seçicilərlə ilk görüşünü keçirdi
Millət vəkili Vüqar Bayramov seçicilərlə ilk görüşünü 23-24 may tarixlərində Füzuli rayonunun Horadiz şəhərində yenicə açılmış deputat ofisində gerçəkləşdirib. Karantin rejiminin tələblərinə uyğun olaraq seçicilərin fərdi qəbulu Füzuli Rayon İcra Hakimiyyətinin, eləcə də yerli dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
2 gün davam edən qəbulda 100 nəfərdən çox seçicinin müraciəti dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, bəziləri isə əlavə araşdırma tələb etdiyindən deputat sorğularının göndərilməsi üçün müvafiq sənədlərin və məlumatların toplanılmasına qərar verilib.
Karantin rejimi bitdikdən sonra kütləvi görüşlərin davamlı olacağını dilə gətirən millət vəkili Vüqar Bayramov seçicilərin dinlənilməsi və müraciətlərin operativ şəkildə qeydə alınması prosesində yenicə fəaliyyətə başlayan deputat ofisinin önəmini xüsusi qeyd edib: “Füzuli rayonunda yeni ofisimizin yaradılmasında məqsəd seçicilərlə daha sıx ünsiyyətdə olmaq və çətinlikləri öyrənməkdir. Rəsmi müraciətlərin qeydə alınıb araşdırılması ilə yanaşı, hər ay Füzuli rayonunda canlı görüş və qəbulların keçirilməsi ənənəyə çevriləcək.”
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO