Azərbaycan 131 nəfəri Rusiyadan təxliyyə etdi
Bizi izləyin

Sosial

Azərbaycan 131 nəfəri Rusiyadan təxliyyə etdi

Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.

Publika.az xəbər verir ki, bunu REAL-ın Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.

"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm