“Dolma bizimdirsə, niyə Braziliya çempion olur?” - Deputatdan MARAQLI AÇIQLAMA
Bizi izləyin

Sosial

“Dolma bizimdirsə, niyə Braziliya çempion olur?” - Deputatdan MARAQLI AÇIQLAMA

Millət vəkili Aqil Abbas İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən maraqlı fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, mədəniyyətimizin təbliği mövzusunda həmsöhbət olan millət vəkili Mədəniyyət Nazirliyinin keçirdiyi Dolma festivalını misal gətirərək deyib:

“Ermənilər deyir, dolma bizimdir. Biz də onların acığına Dolma festivalı keçirdik. Çempion kim oldu? Braziliya!

Tahir Əmiraslanov deyir ki, 200 dolma növümüz var. Bəs necə olur ki, Braziliya o boyda yolu gəlib, çempion oldu? Deməli, sənin deyil də dolma”.

Yenisabah.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm