KİV və TV-lərə müraciət: Məhdud sayda əməkdaşlarınızı işə cəlb edin
Bizi izləyin

Sosial

KİV və TV-lərə müraciət: Məhdud sayda əməkdaşlarınızı işə cəlb edin

Vətəndaşlar zəruri ehtiyaclarını bildikləri üçün, apteklərdən ehtiyaclarını almalıdırlar.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: "Eyni zamanda, təcili tibbi yardım vasitəsilə dərmana ehtiyacı olan şəxslərə kömək ediləcək".

O qeyd edib ki, dəfn mərasiminə getmək istəyən şəxslər 102 xidmətinə müraciət edərək icazə ala biləcəklər: "SMS icazələrin tətbiqi zamanı sui-istifadə halları baş verirdi. Bu zaman dərman, yaxud digər zəruri ehtiyaclar bəhanəsi ilə icazələrin qarşısını almaq üçün ciddi nəzarət olunacaq".

Qurum rəsmisi bildirib ki, həftə sonunda televiziya qurumları məhdud sayda işçi dəvət etsinlər. Verilişlərə dəvət ediləcək şəxslərdən müsahibələr isə onlayn qaydada alınsın. "İşə getməsinə icazə verilən şəxslər fərdi avtomobildən istifadə edə biləcəklər. Eyni zamanda, avtomobil ayıra bilməyən qurumlar BNA-ya müraciət edərək, avtobus ayrılmasını xahiş edə bilərlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm