Həftə sonunda apteklər və marketlər tam bağlanacaq
Bizi izləyin

Sosial

Həftə sonunda apteklər və marketlər tam bağlanacaq

Qapanma günlərində bütün marketlər və apteklər bağlı olacaq.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Vətəndaşlardan xahiş edirik ki, bütün zəruri ehtiyaclarını bu günlərdə alsınlar. Fərman ehtiyacı olan şəxslərə təcili yardım xidməti kömək edəcək".

Qurum rəsmisi bildirib ki, işinə icazə verilən qurumların əməkdaşları icaze-egov.az saytında qeydiyyatdan keçdikdən sonra evlərini tərk edə bilərlər: "İşə çıxma zamanı yaxında qalan işçilərin işə gəlməsinə üstünlük verilməlidir. Yolu uzaq olan vətəndaşlara BNA tərəfindən müvafiq icazə veriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm