Ofis işçiləri üçün COVİD-19-dan qorunmaq üçün qaydalar açıqlandı
Bizi izləyin

Sosial

Ofis işçiləri üçün COVİD-19-dan qorunmaq üçün qaydalar açıqlandı

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ofis daxilində çalışan şəxslərin COVID-19 infeksiyasından qorunmaq üçün qaydaları açıqlayıb.

TƏBİB-dən Publika.az-a verilən məlumatda bildirilir ki, qaydalara əsasən, əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir:

"Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır. Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir. Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır. Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm