Sosial
Koronavirusdan öldüyü deyilən professorla bağlı İnstitutdan AÇIQLAMA
Koronavirusdan dünyasını dəyişdiyi deyilən professor Ziyafəddin Əsədov bir ay idi ki, işə çıxmırmış.
Bu barədə Trend-ə açıqlamasında Neft-Kimya Prosesləri İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Zaur Ağamalıyev bildirib.
Onun sözlərinə görə, son günlərdə professorun nəfəs almasında problem yaranmışdı: “Ziyafəddin müəllim bir ay idi işə gəlmirdi. İki gün bundan qabaq onda nəfəsalma problemləri yaranmışdı və bununla əlaqədar onu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna götürmüşdülər. Orada professordan koronavirusun olub-olmaması ilə bağlı test alınıb. Deyilənə görə, testin cavabları müsbət çıxıb”.
Qeyd edək ki, tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədovun iyul ayının 19-da 70 yaşı tamam olacaqdı.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı