İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ÖDƏNİLDİ
Bizi izləyin

Sosial

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ÖDƏNİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm