• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Azərbaycanda serial çəkilişlərinə xərclənən pulun məbləği açıqlandı

  • Sosial
  • 24 İyun 2020 11:41
  • 536 Baxış
Azərbaycanda serial çəkilişlərinə xərclənən pulun məbləği açıqlandı

2019-cu il ərzində Azərbaycanda prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər.

Bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub.

Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.

Televiziya və radio kanallarının kommersiya fəaliyyəti nəticəsində ümumən 31 milyon manat gəlir əldə olunub ki, bu məbləğin 26 milyon manatı televiziya reklamının, 5 milyon manatı isə radio reklamının payına düşür.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR