DİN videodakı qadınların kimliyini açıqladı - VİDEO
Bizi izləyin

Sosial

DİN videodakı qadınların kimliyini açıqladı - VİDEO

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

O da müəyyən edilib ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm