Sosial
AQTA-ya yeni səlahiyyət verildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) yeni səlahiyyət verilib.
Publika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək. Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub.
Eyni zamanda Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştammlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştammları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.
Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı