AMEA-nın professoru və həyat yoldaşı koronavirusa yoluxdu - - FOTO
Bizi izləyin

Sosial

AMEA-nın professoru və həyat yoldaşı koronavirusa yoluxdu - - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun əməkdaşı koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə professor özü sosial şəbəkədə məlumat yayıb.

İnstitutun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin cavabı pozitiv çıxıb.

Bununla yanaşı professorun həyat yoldaşı da koronavirusa yoluxub.

"Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur", - deyə İ.Abbasov səhhəti haqında məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm