Sosial
DİN məlumat yaydı - Bu qurumların əməkdaşları...
Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına kömək məqsədi ilə Azərbaycan Ordusunun bəzi bölmələrinin də bu işə cəlb olunduğunu bildirib.
Publika.az xəbər verir ki, bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, ölkəmizdə xüsusi karantin rejimi tətbiq ediləndən bugünədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər.
Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.
Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı