190 manatın verilməsinə növbəti aylarda da davam ediləcək - Daha bir ŞAD XƏBƏR
Bizi izləyin

Sosial

190 manatın verilməsinə növbəti aylarda da davam ediləcək - Daha bir ŞAD XƏBƏR

Pandemiya səbəbilə baş verən hadisələr iqtisadi artıma təsir etdi.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, pandemiya səbəbilə ümumdünya iqtisadiyyatında da tənəzzül gözlənilir: "Bu gün Azərbaycan da dünya iqtisadiyyatının parçası olduğuna görə, iqtisadi itkilərin bizə də təsiri oldu. İqtisadiyyatımızda işsizliyin azaldılması üçün tədbirlər görülür. Ölkəmizdə də 190 manat birdəfəlik müavinət işsiz qalmış insanlara verilir və bu proses davam edəcəkdir".

O qeyd edib ki, ilin sonuna böyük itkilərin olmaması ehtimal olunur: "Bu gün neftin qiyməti dəyişkəndir. Təbii ehtiyatlarımızın azalması ehtimalı yoxdur. Ümid edirik ki, Azərbaycan qısa müddətdə tənəzzüldən çıxaraq əvvəlki iqtisadi inkişafına qayıdacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm