• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Bu rayonun da su problemi həll edildi

  • Sosial
  • 3 İyul 2020 19:40
  • 598 Baxış
Bu rayonun da su problemi həll edildi

Saatlı rayonunda müvəqqəti olaraq yaranmış su problemi tam şəkildə həll olunacaq.

Bu barədə Publika.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən məlumat verilib.

Bildirilib ki, rayon su problemi 1-ci gün axşamadək həll ediləcək:

"Saatlı rayonu ərazisində 57 min hektar suvarılan əkin sahəsi var. Bu sahələrin su təminatı əsasən Araz çayı üzərində yerləşən və 6 rayonun 170 min hektar sahəsinə xidmət edən Bəhramtəpə hidroqovşağından başlanğıcını götürən Baş Muğan və ondan ayrılan kanallar, eyni zamanda Kür və Araz çayları üzərində yerləşən nasos stansiyaları vasitəsilə həyata keçirilir. Son vaxtlar Araz çayında suyun sərfi azaldığından digər rayonlarla yanaşı Saatlı rayonuna verilən suyun həcmi də müəyyən qədər azalıb. Rayon ərazisində də kəndlərarası su bölgüsü tərtib edilmiş qrafik əsasında aparılır. Bu səbəbdən bir sıra kəndlərdə su təminatında çətinliklər yaranır. Yaranmış çətinliklər nəzərə alınaraq İran İslam Respublikası ilə birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılmış və növbəti həftənin birinci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək. Qeyd olunanlar barədə rayon rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzi və su istifadəçiləri məlumatlandırılıb. Rayonun Nabatkənd və Çolpu kəndlərinə kommunal-məişət ehtiyacları üçün suyun verilməsinin təcili bərpa edilməsi barədə yerli istismar idarəsinə ciddi tapşırıq verilib. Hazırda bu istiqamətdə iş aparılır və işlər də nəzarətə götürülüb".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR