Birinci xanım şəhid ailəsinin mənzil problemini həll etdirdi- FOTO
Bizi izləyin

Sosial

Birinci xanım şəhid ailəsinin mənzil problemini həll etdirdi- FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin ev problemi həll olunub.

Publika.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, 2018-ci il aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olan baş leytenant Nurid Abdullayevin ailəsinin yaşadığı mənzil ipoteka ilə alındığından, ailə ödənişi etməkdə çətinlik çəkib. Bu səbəbdən ailənin mənzil problemi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət olunub. Müraciət tez bir zamanda cavablandırılaraq ailənin hazırda yaşadığı mənzilin ipoteka borcu ödənilib, eyni zamanda şəhid övladlarının müalicəsi Heydər Əliyev Fondunun nəzarətinə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm