Sosial
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir - - FOTO
Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəkidə də rayonun giriş-çıxışlarında polis postları qurulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, şəhərdə hərəkətin daim intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.
Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı, məhəllə arası yollara da nəzarət edilir. Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE