AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu
Bizi izləyin

Sosial

AzTV-nin daha iki əməkdaşı koronavirusa yoluxdu

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.

Bu barədə AzTV-dən məlumat verilib.

Bildirilib ki, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artqı bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.

Ötən həftə kanalın iki əməkdaşı da virusun qurbanı olub. (konkret.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm