Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi
Bizi izləyin

Sosial

Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi

2016-cı ilin Aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirildi.

Publika.az xəbər verir ki, bunu “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib.

O bildirib ki, hər iki ailə uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdı: “Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.

Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymağa, qayğı göstərməyə çalışmalıdır. Bizə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm