Sosial
Arazın suyu mədə xərçənginə səbəb olur - ŞOK
Ermənistanın Araz çayını zərərli maddələrlə çirkləndirməsi nəticəsində Muğanda mədə-bağırsaq xərçəngi tüğyan edir.
Axar.az xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Vilayətlər üzrə Ali Şurasının üzvü Puya Mücərrəd deyib.
O bildirib ki, Ermənistanın uran, mis və qızıl zavodlarından Araz çayına axıdılan çirkab suları Parsabad əhalisinin bir çoxunda mədə və ümumiyyətlə həzm sistemi orqanlarında xərçəngə səbəb olur.
“Parsabad, Muğan, Aslanduz və Biləsuvarın içməli suyu Araz çayından təmin olunur. Mütəxəssislərin fikrincə, Parsabad bölgəsi Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə görə birinci yeri tutur. Məsələ ilə əlaqədar dəfələrlə İranın aidiyyəti qurumlarına müraciət edilib. Lakin onlar hər dəfə Ermənistandan Araz çayına sənaye müəssisələrinin çirkab suyunun axıdılması faktını təkzib ediblər. Bu günə qədər suyun yoxlanıb-yoxlanılmaması barədə heç bir sənəd göstərməyiblər. Halbuki bu bölgənin içməli suyunun rəngi dəyişib, bulanıq olub. Parsabad əhalisi “xərçəng sunamisi” ilə qarşı-qarşıyadır. 10 ildir ki, ətraf mühit fəalları və Şəhər Şurası üzvləri su məsələsinin həlli üçün çalışırlar. Ancaq heç bir dövlət rəsmisi əhalinin həyatına son qoyan bu problemi həll etmək istəmir”, - o əlavə edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!